logo

Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib

11:02 20-04-2018 | icon 2758
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib

Vyetnamın Dananq şəhərində Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) baş direktorlar (məsul nümayəndələri) konfransının 33-cü iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, iclasda QSC-nin hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

İclasda bir çox məsələlər müzakirə olunub. İştirakçılar yük və sərnişindaşımaları, infrastruktur və hərəkət heyətləri üzrə DYƏT komissiyalarının fəaliyyətinin nəticələrini, eləcə də təşkilatın daimi işçi qruplarının 2017-ci il ərzində gördükləri işləri müzakirə ediblər. Qarşılıqlı hesablaşmalar üzrə gedişat, dəmir yolları arasında borcların ödənilməsi mexanizmi və birbaşa dəmir yolu bağlantısına dair konvensiyanın layihə mətninin qəbul edilməsi haqqında Beynəlxalq konfransın gedişatı haqqında məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Koreya Respublikasının DYƏT-ə üzv kimi qəbul edilməsi məsələsi də nəzərdən keçirilib. Həmçinin cari və 2019-cu il üçün büdcə, DYƏT-ın 2017-ci il üzrə fəaliyyəti, təşkilatın cari və gələcək illərdəki fəaliyyət proqramı müzakirə edilib. DYƏT-ın komitə rəhbərliyində, sədrlər və işçi orqanların mütəxəssisləri arasında vəzifələrin bölüşdürülməsi razılaşdırılıb.

Baş direktorlar konfransının növbəti34-cü iclasının ilkin gündəliyi və keçirilmə yeri təsdiqlənib. İclas 2019-cu il aprelin 8-12-də Koreya Respublikasında keçiriləcək.

Plenar iclasın yekunlarına dair müvafiq protokol imzalanıb.

Baş direktorlar konfransında qəbul edilən bütün qərarlar Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsinə və DYƏT-ə üzv və müşahidəçi dövlətlərin dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin artırılmasına köməklik etməlidir.