logo

Azərbaycanda daha 1333 nəfər koronavirusa yoluxdu, 18 nəfər öldü

19:22 23-03-2021 | icon 2198
Azərbaycanda daha 1333 nəfər koronavirusa yoluxdu, 18 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 269 nəfər müalicə olunaraq sağalıb, 1333 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 248 min 307 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 233 min 356 nəfər müalicə olunaraq sağalıb, 3 min 384 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 min 567 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 790 min 980 test aparılıb. Bugünkü test sayı isə 8 min 517-dir.