Tanınmış teleaparıcı, Azərbaycan Dövlət Televiziyasının(AzTV) əməkdaşı Xədicə Sənanqızı koronavirusa yoluxub.
YeniAvropa xəbər verir ki, AzTV-də yayımlanan "Gün başladı" verilişinə aparıcılıq edən Xədicə Sənanqızını son verlişdə Günay Novruzqızı əvəz edib.
Canlı efirə zəng edən Xədicə Sənanqızı koronavirusa yoluxduğunu bildirib. "Temperaturum yüksəlib, halsızlığım var",-deyə teleaparıcı vurğulayıb.