logo

Azərbaycanda daha 1187 nəfər  koronavirusa yoluxdu, 14 nəfər öldü

17:56 20-03-2021 | icon 2079
Azərbaycanda daha 1187 nəfər  koronavirusa yoluxdu, 14 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 306 nəfər müalicə olunaraq sağalıb, 1187 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 245 min 490 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 232 min 534 nəfər müalicə olunaraq sağalıb, 3339 nəfər vəfat edib. Aktiv xəstə sayı 9617 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 768 min 149 test aparılıb. Bugünkü test sayı isə 11 min 692-dir.