Azərbaycanda koronavirusa yoluxma hallarına daha çox qadınlar arasında rast gəlinir. Paytaxt üzrə Binəqədi, Xətai, Yasamal rayonlarında koronavirusa yoluxmaların faizi yenə yüksək olaraq qalır.
YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.