Azərbaycanda koronavirusun yeni ştammı aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinindən(TƏBİB) bildirilib.
Qeyd edilib ki, xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
Xatırladaq ki, hazırda ölkədə koronovirus əleyhinə istifadə olunan “CoronaVac” vaksini yeni ştammlara qarşı da effektivdir.