logo

Azərbaycanda daha 376 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

19:40 15-03-2021 | icon 1995
Azərbaycanda daha 376 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda sutka ərzində koronavirus infeksiyasına 376 nəfər yoluxub, 101 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 min 671 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 231 min 61 nəfər müalicə olunaraq sağalıb, 3286 nəfər vəfat edib. Aktiv xəstə sayı 6324 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 716 min 17 test aparılıb. Bugünkü test sayı isə 5891-dir.