logo

Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

15:55 14-03-2021 | icon 1946
Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 min 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 min 960 nəfər müalicə olunaraq sağalıb, 3282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6053 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 710 min 126 test aparılıb. Bugünkü test sayı isə 8945-dir.