Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, aprelin 18-19-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.
Departamentdən YeniAvropa-ya bildirilib ki, buna səbəb aprelin 18-də günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz dumanının daxil olmasıdır.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.