logo

Azərbaycanda daha 297 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

16:47 09-03-2021 | icon 6111
Azərbaycanda daha 297 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 126 nəfər müalicə olunaraq sağalıb, 297 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 237 min 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 915 nəfər müalicə olunaraq sağalıb, 3250 nəfər vəfat edib. Aktiv xəstə sayı 4095 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 663 min 151 test aparılıb. Bugünkü test sayı isə 5152-dir.