Azərbaycanda sutka ərzində koronavirus infeksiyasına 353 nəfər yoluxub, 149 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 236 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 591 nəfər müalicə olunaraq sağalıb, 3238 nəfər vəfat edib. Aktiv xəstə sayı 3536 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 645 min 206 test aparılıb. Bugünkü test sayı isə 9436-dır.