logo

Azərbaycanda daha 365 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

14:55 05-03-2021 | icon 3780
Azərbaycanda daha 365 nəfər  koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 175 nəfər müalicə olunaraq sağalıb, 365 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 236 min 12 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 442 nəfər müalicə olunaraq sağalıb, 3235 nəfər vəfat edib. Aktiv xəstə sayı 3335 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 635 min 770 test aparılıb. Bugünkü test sayı isə 7779-dur.