logo

Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:54 04-03-2021 | icon 2401
Azərbaycanda daha 314 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 124 nəfər müalicə olunaraq sağalıb, 314 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 235 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib. Aktiv xəstə sayı 3148 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 627 min 991 test aparılıb. Bugünkü test sayı isə 9183-dür.