logo

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

20:18 17-04-2018 | icon 2275
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev YeniAvropa-ya bildirib ki, son günlər qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, ağır nəticəli qəzaların əksəriyyəti mövsümün dəyişməsi ilə əlaqədar havaların tez-tez yağmurlu, çiskinli və dumanlı keçməsi, eləcə də ayrı-ayrı sürücülərin sükan arxasına yorğun və yuxusuz vəziyyətdə əyləşmələri səbəbindən baş verir. Hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə uzaq məsafəli yolda nəqliyyat vasitəsini idarə edən sürücülərin 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısamüddətli istirahət etmələrinin vacibliyi nəzərə alınaraq, Baş Dövlət Yol Polisi İdarəsi bu səbəblərdən baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl, ilk növbədə, avtomobilin texniki vəziyyətinə ciddi nəzarət edilsin və yolboyu onun sazlığı nəzarətdə saxlanılsın. Bununla əlaqədar, respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında müvafiq şərait yaradılıb, nəqliyyat vasitələrinin dayanması üçün xüsusi meydançalar təşkil edilib.