logo

Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası yaradılıb

13:15 17-04-2018 | icon 2618
Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası yaradılıb

Aprelin 17-də Bakıda Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkil etdikləri imzalanma mərasimində Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası rəsmən təsis edilib.

YeniAvropa xəbər verir  ki,  bunu Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təşkil olunan “Kredit Məlumatlarının Mübadiləsi Assosiasiyasına” həsr olunmuş konfransda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov deyib.

O, qeyd edib ki, 8 ölkə - Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və büroları yeni assosiasiyanın üzvləri olub. Daha bir neçə ölkənin də bu quruma qoşulacağı gözlənilir.

Tədbir Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən dəstəklənir.