Bakı şəhəri Yasamal rayonu ərazisində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işlərinin aparılması ilə əlaqədar aprelin 17-də gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.