logo

Bakıda I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı keçirilir

10:49 17-04-2018 | icon 2758
Bakıda I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı keçirilir

Aprelin 17-də Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və digər MDB ölkələrinin, habelə Avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə Bakıda "Rəqəmsal bankçılıq və təhlükəsizlik" mövzusunda "I MDB Beynəlxalq bankçılıq sərgi-konfransı" işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, konfrans Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına uyğun olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır. Tədbirdə 22 ölkədən 100-ə yaxın şirkət iştirak edir.

Sərgi-konfransda maliyyə texnoloji avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi açılıb. Konfrans çərçivəsində müasir ödəmə və identifikasiya vasitələri, ATM təhlükəsizlik, kibertəhlükəsizlik mövzusunda geniş təqdimatlar keçiriləcək.

Konfransda "Unionpay", "VISA", "Microsoft", "Tinkoff bank", "Oracle financial sevices", "Kaspersky LAB", "DenizBank", "SWIFT" , "BVK technology", "KAL-ATM software", "ABBY", "İntellect design", "FBS Group", "Capitalbanking solutions", "UBIQ innovations", "KOD-A", "Fit Solutions", "İntertech", "Paymentology" "Olimpic banking systems by ERI" "BankSoft", "Spinnaker" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatlar olacaq.

Bundan əlavə, tədbirin ikinci günündə maliyyə təşkilatlarının istəyinə uyğun olaraq texnoloji şirkət nümayəndələri ilə fərdi biznes görüşləri və müzakirələri aparılacaq.

Konfrans "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.