logo

Paytaxtın Nəsimi rayonunun bir hissəsində su olmayacaq

21:36 16-04-2018 | icon 2443
Paytaxtın Nəsimi rayonunun bir hissəsində su olmayacaq

Bu gecədən başlayaraq paytaxtın Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir  ki, bu haqda “Azərsu” ASC-dən bildirilib. Məlumatda qeyd edilib ki, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar 17 aprel 2018-ci il tarixində 00:00-dan başlayaraq 12 saat müddətində H.Əliyev küçəsi, Tbilisi və Moskva prospektində yerləşən mənzil və obyektlərə işməli suyun verilişində məhdudiyyətlər olacaq.