Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin ötən 3 ayı ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 381 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 49 kiloqram heroin, 74 kiloqram tiryək, 249 kiloqram marixuana, 7,3 kiloqram həşiş və 2,3 kiloqram digər güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.