logo

"Bakcell" layiqli əməyi və iqtisadi artımı təşviq edir

18:04 16-04-2018 | icon 2338
"Bakcell" layiqli əməyi və iqtisadi artımı təşviq edir

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşıdır.

YeniAvropa xəbər verir  ki, “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı layiqli əməyi və iqtisadi artımı təşviq edən 8-ci dayanıqlı inkişaf məqsədinə həsr olunub.  "Layiqli əmək" hər bir insanın iş yerində təhlükəsizliyini, ailəsinin sosial müdafiəsini təmin edən kifayət qədər gəlir gətirən məhsuldar iş tapmaq imkanını nəzərdə tutur. Bu, həmçinin insanları şəxsi inkişaf və sosial inteqrasiyanın ən yaxşı perspektivləri ilə təmin edir.

Bu həftənin qonaqları ABAD-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova, BMT-nin İnkişaf Proqramının “Böyük Qafqaz landşaftında torpaq və meşələrin dayanıqlı idarəolunması və iqlim dəyişmələrinəekosistem əsaslı yanaşma” layihəsinin rəhbəri Eltəkin Ömərov və xalçaçı sənətkar Sürayyə Rzayevadır.

Veriliş “ASAN Radio”da 16 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 18 aprel (saat 11:05-də) və 20 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

“Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.     

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Aprel ayı ərzində "Bakcell" şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək. 

Azərbaycan Respublikasının qeyri-neft sektorunun ən iri investor və işəgötürənlərdən biri olan "Bakcell" şirkəti özünün əməkdaşlarına sərmayə yatırmaqla yanaşı, onları münbit iş şəraiti ilə təmin edir.