"Kapital Bank"ın aktivləri aprelin 1-nə 3,2 milyard manat, müştərilərə verilən kreditlərin həcmi isə 1,2 milyard manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu haqda bankdan bildirilib. Məlumatda qeyd edilib ki, "Kapital Bank"da müştəri depozitlərinin həcmi 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 903,4 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 8 faiz çoxdur.
Hesabat dövründə tutulmalardan sonra bankın məcmu kapitalı 225,3 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edib.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.