Mayın 15-də hərraca 116 dövlət əmlakı çıxarılacaq
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.
YeniAvropa Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinə istinadla bildirir ki, budəfəki hərraca 116 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.
Əmlakların siyahısı ilə daha yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://www.privatization.az/index.php/az/component/content/article?id=4001
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Salyan Kəndkimya” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 19-u xidmət, 6-sı kənd təsərrüfatı, 5-i iaşə, 5-i sənaye, 3-ü təmir sahələrinə aiddir.
Hərraca çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Balakən rayonunda yerləşir. Atatürk prospekti 2 ünvanında olan əmlak kompleksi xidmət sahəsində sahibi üçün qazanc gətirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 11 min kvadratmetrdən çox, torpaq sahəsi isə 40 min kvadratmetrə yaxındır. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi gəlirliyini artıran amillərdəndir.
Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Qazax ərazi yun tədarükü və qəbulu idarəsi də belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 562 kvadratmetr, torpaq sahəsi isə 17 min kvadratmetrə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir.
Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsəndə yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxın, torpaq sahəsi isə 41 min kvadratmetrdir. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq.
Budəfəki hərracda sərfəli qiymətə - 1 500 manata da əmlak tapmaq olar. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 47 kvadratmetr, torpaq sahəsi 58,9 kvadratmetr olan 32 saylı mağaza bu qiymətə özəlləşməyə çıxarılacaq. Cəmi 150 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.
Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 37-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 16 kvadratmetr ilə 419 kvadratmetr arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.
Nəqliyyat vasitələrinin isə markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 800 manatla 22 min 500 manat arasında dəyişir. 80 manat beh ödəməklə QAZ-31029 markalı maşına sahib olmaq olar. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan nəqliyyat vasitələridir. Buraxılış tarixləri isə 1994-2007-ci illəri əhatə edir.
Belə əmlakların özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca hədəf dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə şərait yaradır. Regionlardakı müəssisələrin özəlləşdirilməsi də bölgələrin iqtisadi potensialını artırır.
Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Komitədən bildirilib ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb