logo

Azərbaycanda  daha 144 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:58 20-02-2021 | icon 2184
Azərbaycanda  daha 144 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 147 nəfər müalicə olunaraq sağalıb, 144 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 232 min 973 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 619 nəfər müalicə olunaraq sağalıb, 3195 nəfər vəfat edib. Aktiv xəstə sayı 2159 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 543 min 880 test aparılıb. Bugünkü test sayı isə 8055-dir.