Azərbaycan Respublikasında koronavirus infeksiyasından 201 nəfər müalicə olunaraq sağalıb, 193 yeni yoluxma faktı qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 232 min 829 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 227 min 472 nəfər müalicə olunaraq sağalıb, 3193 nəfər vəfat edib. Aktiv xəstə sayı 2164 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 535 min 825 test aparılıb. Bugünkü test sayı isə 7215-dir.