T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurum məlum hava şəraiti üçün əvvəldən hazırlıq işləri görüb:
"Ötən gün respublikamızın bəzi dağlıq və dağətəyi ərazilərində küləyin təsirindən elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranmışdı. Əməkdaşlarımızın operativliyi və sayıqlığı nəticəsində qəzanın nəticələri tez bir zamanda aradan qaldırılıb və elektrik enerjisinin verilişi bərpa edilib. Onu da əlavə edim ki, paytaxt və regionlarda bütün maşın və texnikamız hazır vəziyyətə gətirilib. Baş verə biləcək hər hansı qəzanın yaxud kəsintinin qarşısını almaq üçün əməkdaşlarımız hazırdır".(Report)