logo

Azərbaycanda daha 155 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

15:34 13-02-2021 | icon 2359
Azərbaycanda daha 155 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 169 nəfər müalicə olunaraq sağalıb, 155 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 231 min 995 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226 min 514 nəfər müalicə olunaraq sağalıb, 3178 nəfər vəfat edib. Aktiv xəstə sayı 2303 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 495 min 198 test aparılıb. Bugünkü test sayı isə 9715-dir.