Bu il Azərbaycanda neft hasilatı 2,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalıb.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, cari ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çox sənaye məhsulu istehsal edilib. Məhsul istehsalı sənayenin neft sektorunda 0,9 faiz artıb. Sənaye məhsulunun 73,5 faizi mədənçıxarma sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 2,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 5,8 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalıb.