Aprelin 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflıq (HSŞ) üzrə 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş işçi qrupun ilk iclası keçirilib.
Dövlət Neft Fondundan YeniAvropa-ya bildirilib ki, iclas zamanı HSŞ üzrə Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi hesabatları təhlil edilərək üzləşdirmək və 2017-ci ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatlarının hazırlanmasını həyata keçirmək məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatları tərəfindən göndərilən təkliflərə baxılıb və bununla bağlı İşçi Qrupun Rəyinin hazırlanaraq Komissiyaya təqdim edilməsi qərara alınıb. İclasda həmçinin müvafiq hesabat formalarının təkmilləşdirilməsi, HSŞ-nin dövlət qurumlarının gündəlik işinə inteqrasiyası (EIT Mainstreaming) ilə bağlı Şərtlər Toplusunun hazırlanması barədə ətraflı müzakirələr aparılıb.