logo

Gömrük Komitəsi büdcəyə 727 milyon manatadək vəsait daxil edib

11:32 13-04-2018 | icon 2828
Gömrük Komitəsi büdcəyə 727 milyon manatadək vəsait daxil edib

2018-ci ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 726 milyon 990 min manat təşkil edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, ötən üç ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 192 milyon 877 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 498 milyon 465 min manat, aksizlər üzrə 27 milyon 410 min manat, yol vergisi üzrə isə 8 milyon 236 min manat təşkil edib.