logo

Azərbaycan ötən il Belarus iqtisadiyyatına 11,3 milyon sərmayə yatırıb

22:39 12-04-2018 | icon 2730
Azərbaycan ötən il Belarus iqtisadiyyatına 11,3 milyon sərmayə yatırıb

Azərbaycan 2017-ci ildə Belarus iqtisadiyyatına 11,3 milyon dollar sərmayə yatırıb.

YeniAvropa  "BELTA"ya istinadla xəbər verir ki, hazırda Belarusda Azərbaycan kapitalının iştirakı ilə üç investisiya layihəsi həyata keçirilir. Cəlb edilmiş sərmayələrin həcmi isə 36 milyon dollar təşkil edir. Belarusda Azərbaycan kapitalı ilə 58 müəssisə fəaliyyət göstərir.

2017-ci ildə Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 160,7 milyon dollar təşkil edib və 2016-cı illə müqayisədə 6,4 faiz azalıb. Ötən il Belarusun ixracatının əsasını spesifik mallar, traktor və qoşma yedəklər, ərzaq (şəkər, süd və qaymaq, pendir və kəsmik, kolbasa, kərə yağı və s.), ağac emalı məhsulları, dərman vasitələri, neft məhsulları, qəbuledici və ötürücü aparaturaların hissələri, informasiyanın avtomatik işlənməsi üçün hesablayıcı maşınlar təşkil edib. 2017-ci ilin yekunlarına görə, Azərbaycandan bu ölkəyə ən çox neft emalı məhsulları, alüminium lövhələri, ərzaq (qoz, tünd spirtli içkilər, meyvə və tərəvəz şirələri, təbii üzüm şərabları, meyvələr), yataq dəsti, parça, gil ixrac edilib.