Bu gecə Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu haqda “Azərsu” ASC-dən bildirilib. Məlumatda qeyd edilib ki, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün saat 22:00-dan başlayaraq 12 saat müddətinə Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişi dayandırılacaq.