Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
YeniAvropa xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 66,51 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,15 dollar azalaraq 64,75 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar u.cuzlaşaraq 58,17 dollar təşkil edib.