Bu ilin ilk üç ayı ərzində Azərbaycana gələn xarici qonaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb.
YeniAvropa Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, təkcə Novruz bayramı günlərində İran İslam Respublikasından ölkəmizə 71 min nəfər turist səfər edib. Yanvar və fevral ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların bank xərcləri isə 190 milyonu ötüb.
Qeyd edək ki, iki ay ərzində Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki bank xərcləri 179 milyon olub.