logo

Prezidentin sərəncamı ilə 3 rayonda 15 modul tipli məktəb tikintisinə 5,1 milyon ayrıldı

19:15 09-04-2018 | icon 4144
Prezidentin sərəncamı ilə 3 rayonda 15 modul tipli məktəb tikintisinə 5,1 milyon ayrıldı

Prezident İlham Əliyev aprelin 9-da “Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 177 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Sərəncama əsasən Cəlilabadın Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran, Suluçeşmə, Masallının Şıxlar, Bala Təklə, Yardımlının Şıxlar, Bilnə, Avun kəndlərində modul məktəblər quraşdırılacaq.