logo

“Azərpoçt"a yeni baş direktor təyin edilib

18:21 09-04-2018 | icon 2863
“Azərpoçt"a yeni baş direktor təyin edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi yanında “Azərpoçt" MMC-yə yeni baş direktor təyin edilib.

YeniAvropa xəbər verir  ki, Azərbaycan Beynəlxalq Bankının(ABB) Rusiya Federasiyasındakı törəmə şirkəti olan "Bank MBA-Moskva"nın İdarə Heyətinin sədri vəzifəsində çalışmış Emin Əfəndiyev  “Azərpoçt" MMC-yə  rəhbər təyin edilib. 

Xatırladaq ki,  Emin Əfəndiyev 2015-2018-ci illərdə "Bank MBA-Moskva"nın İdarə Heyətinin sədri vəzifəsində işləyib.

Qeyd edək ki, ABB-nin martın 14-də keçirilmiş səhmdarlarının Ümumi Yığıncağında  qurumun xaricdəki törəmə şirkətləri- o cümlədən “Bank “MBA-Moskva”, “ABB-Gürcüstan” və “Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması haqda qərar qəbul edilib.