Bu gün Bakı-Naxçıvan aviareysi üzrə hərəkət edən təyyarə havaya qalxdıqdan sonra hava limanına geri dönməli olub.
YeniAvropa xəbər verir ki, bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd edilib ki, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.
“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq. Hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir”, - deyə məlumatda qeyd olunub.