logo

Füzuli rayonunda raket və top mərmisi tapılıb

17:28 08-04-2018 | icon 2149
Füzuli rayonunda raket və top mərmisi tapılıb

Aprelin 8-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şpartı adlanan ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib, aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd PQ-7M raketi və 1 ədəd 57 mm-lik top mərmisi (OR281-U)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.