Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə edilməkdədir.
YeniAvropa xəbər verir ki, hazırda “Azeri Light” markalı neftin bir barreli 69,13 dollara satılır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,22 dollar ucuzlaşaraq 67,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,48 dollar azalaraq 62,06 dollar təşkil edib.