SOCAR son 15 il ərzində 1222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara təhvil verilib.YeniAvropa xəbər verir ki, bu fikri SOCAR-ın prezidenti Rövnəq Abdullayev "www.yap.org.az" saytına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan neftçiləri dünyada neft sənayesinin pionerləri kimi zəngin istehsalat təcrübəsinə sahibdirlər. Ancaq, hazırda SOCAR-ın balansında olan bir çox neft yataqları uzun illər ərzində istismar edildiyi üçün köhnəlməkdədir, bu da öz növbəsində həmin yataqlarda hasilatın təbii azalması ilə nəticələnir.
R.Abdullayevin sözlərinə görə, Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq. Bu, ilk növbədə qazma işlərinin genişləndirilməsi nəticəsində mümkün olub. Son 15 il ərzində 2 milyon metrdən çox qazma işi həyata keçirilib və 1222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara təhvil verilib.