logo

Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir

14:30 24-12-2020 | icon 3122
Dövlət Gömrük Komitəsi üçün 30 milyonluq yeni bina tikilir

Dövlət Gömrük Komitəsi (DGK) ilə "Progress" sənaye-istehsalat şirkəti arasında 30 milyon manat məbləğində müqavilə imzalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Elektron satınalmalar” portalında məlumat verilib.

Məlumata əsasən, DGK elan etdiyi yeni inzibati binanın tikintisi üzrə tenderin qalibi müəyyən edilib: “Tender komissiyasının qərarı ilə "Progress" sənaye-istehsalat şirkəti qalib elan edilib. Şirkətlə 30 milyon manat məbləğində müqavilə imzalanıb”.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni inzibatı binası da Yasamal rayonunda yerləşəcək. Hazırda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.