Manatın devalvasiyası üçün heç bir əsas yoxdur-Elman Rüstəmov
Manatın devalvasiyası üçün heç bir əsas yoxdur.
YeniAvropa xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ortamüddətli dövr üzrə sosial inkişaf konsepsiyasının pul-kredit siyasətinin əsas istiqamətləri üzrə 2021-ci ilə dair büdcə layihəsinin müzakirəsi Azərbaycan üçün ən şərəfli dövrdə baş verir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini Qələbə ilə başa vuraraq xalqımızın tarixinə yeni şərəfli tarix yazıldı. Qələbəyə gedən asan olmayıb: “Son 25 ildə qalibiyyətin beynəlxalq hüquqi normativ bazasının formalaşdırılması, informasiya blokadasının yarılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, milli iqtisadiyyatın gücləndirilməsi, ordu quruculuğunda həyata keçirilən islahatlar, qəhrəman zabit və əsgərlərimizin şücaəti ilə özünü “dəmir yumruq”da təcəssüm edən Müzəffər Ali Baş Komandanın dəmir iradəsi bu Qələbənin həlledici şərtləri olub”.
“2021-ci il üçün dövlət büdcəsi ilə bağlı təqdim olunan proqnozlar əsaslı qiymətləndirmə əsasında aparılıb. Yola saldığımız 2020-ci il əvvəldən müsbət proqnozlar vəd etmirdi. Təbii ki, 2017-2018-ci illərdəki iqtisadi çəkişmələr öz təsirini göstərməyə bilməzdi. İlin əvvəlindən başlanan COVID-19 xəstəliyi qlobal əmtəə münasibətlərinə təsirsiz ötüşmədi və nəticədə bir sıra iqtisadi problemlər meydana çıxdı. Pandemiya qlobal iqtisadiyyatın dayanıqlılığının pozulmasına təkan verdi. Hazırda iqtisadiyyatın daralması prosesi gedir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadiyyatında 4,4 faiz geriləmə olacaq”, - deyə E.Rüstəmov qeyd edib.
Neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərindən danışan Mərkəzi Bankın sədri bildirib: “Dünyada cari ildə neftin qiyməti 16-69 dollar/barrel arasında dəyişib. Bütövlükdə neftin qiyməti 43 dollar olub ki, bu da 2019-cu ilə nisbətən 33 faiz azdır. Bütün bu çətinliklərə baxmayaraq, cari ildə tədiyə balansı qorunub saxlanılıb. ÜDM-in həcmində cəmi 0,7 faiz kəsir olub. Ölkənin strateji valyuta ehtiyatları sabit qalıb. Makroiqtisadi sabitlik təmin olunub. İnflyasiyanın səviyyəsi aşağı enib. Bazar tələbatının tam ödənilməsi, bazarla şəffaf kommunikasiyanın təmin olunması inflyasiyanı aşağı salmağa imkan verib. Təbii ki, inflyasiyasının aşağı salınmasında uçot dərəcəsinin endirilməsində də öz müsbət təsirini göstərib. 2018-ci ildən bəri pul təklifi 50 faiz artıb. Yeni kreditlər üzrə faiz dərəcəsi 5,5 faiz aşağı düşüb. Ölkədə kifayət qədər maliyyə imkanları var. Bu da büdcə kəsiri ilə bağlı məsələləri həll etmək üçün fürsət verəcək. İnanıram ki, tədiyə balansında tarazlıq qorunub saxlanacaq. Manatın devalvasiyası üçün heç bir əsas yoxdur”.
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov