logo

Xəzər dənizində müntəzəm fider daşımalarına başlanılır

17:39 06-04-2018 | icon 2751
Xəzər dənizində müntəzəm fider daşımalarına başlanılır

Bakıda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun növbədənkənar iclası keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən YeniAvropa-ya bildirilib ki, görüşdə Assosiasiyanın üzvləri Xəzər dənizi üzərindən 2018-ci il üçün fider gəmisi vasitəsilə daşınan yüklərin tariflərini təsdiqləyiblər. Bundan başqa, iclasda gəminin hərəkət qrafikinin razılaşdırılması məsələsinə də baxılıb.

Fider gəmi ilə Qazaxıstandan yüklərin ixracı ilə yanaşı, Çindən Azərbaycana, Gürcüstana, Türkiyəyə, Avropaya (İtaliya, Rumıniya və sair) konteyner daşımaları da planlaşdırılır.

Qeyd edək k, Xəzərdə fider gəminin istifadəsi gələcəkdə TBNM üzrə daşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq və ümumilikdə Xəzər regionunda konteynerləşmənin daha da inkişafına kömək edəcək.