Bakıda xarici ölkə vətəndaşlarına məxsus "Viva Projects", "Green Bay", "Trıada Group" və "Sirius Trade" MMC-lər ləğv olunduğunu elan edib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti yayıb.
Kreditorlar 2 ay ərzində tələblərini müvafiq olaraq Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 106, mənzil 44; Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 3, ev 12A; Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 10, mənzil 21 və Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1 ünvanlarına bildirə bilərlər.
Qeyd edək ki, "Viva Projects" və "Sirius Trade"in qanuni təmsilçisi eyni şəxs - Çin vətəndaşıdır.