Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in buraxılışı mayın 25-ə planlaşdırılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan peykinin buraxılışı ilə məşğul olan Fransanın "Arianespace" şirkəti məlumat yayıb.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.