logo

Azərbaycan-İran birgə avtomobillərinin qiymətləri açıqlandı

11:12 06-04-2018 | icon 2891
Azərbaycan-İran birgə avtomobillərinin qiymətləri açıqlandı

Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin qiyməti 14-16 min arasında olacaq. 

YeniAvropa xəbər verir  ki, bu haqda zavodun müştərək sahiblərindən olan "AzerMash" şirkətinin nümayəndəsi Emin Axundov deyib. Onun sözlərinə görə, zavodda daha bahalı avtomobillərin də istehsalı planlaşdırılıb. E.Axundov qeyd edib ki, bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək. 

Qeyd edək ki, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək. 

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir