logo

ASAN xidmət QHT Şurasının 200 minlik  tenderini uddu

12:10 22-12-2020 | icon 2303
ASAN xidmət QHT Şurasının 200 minlik  tenderini uddu

Bir müddət əvvəl yeni proqram təminatlarının yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi tenderə yekun vurub.

YeniAvropa xəbər verir ki, 196 min 588 manat məbləğində olan tenderi "İnnovasiyalar Mərkəzi” MMC qazanıb.

Tenderin şərtlərinə görə, MMC tədbirlərin elektron qeydiyyatını, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının proqram təminatı məhsullarının funksionallığının genişləndirilməsi və servis xidmətlərinin göstərilməsi, cssn.gov.az saytı, korporativ idarəetmə sistemi, dövlət orqanları tərəfindən QHT-lərə verilən qrantın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması sistemi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçkilərin keçirilməsi ilə bağlı ərizə qəbulu sistemini yaratmalıdır.

Xatırladaq ki, "İnnovasiyalar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərir.