Avropa diaspor təşkilatları sədrləri Bakıda birləşmə qərarını açıqladılar
Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində bir araya gələn Avropadakı böyük və nüfuzlu diaspor təşkilatlarımızdan olan Dünya Azərbaycanlıları Milli Birliyinin sədri Cavad Deraxti və Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Azərbaycanın inkişafı , onun mövqelərinin xaricdə daha da dəstəklənməsi və lobbiçiliyin daha da güclənməsi naminə qüvvələrini birləşdirmək qərarına gəldiklərini KİV-ə bəyan etdilər.
YeniAvropa xəbər verir ki, tədbirdə tanınmış diaspor hərəkatı nümayəndələri, ictimai fəallar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Aprel döyüşlərində, eləcə də Azərbaycanım ərazi bötövlüyü uğrunda canlarından keçən vətən övladlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Sonra azərbaycanın dövlət himni səsləndirilib..
Mərkəzi İsveçin Malmö şəhərində yerləşən Dünya Azərbaycanlıları Milli Birliyinin (WANU) sədri Cavad Deraxti çıxış edərək bildirdi ki, iki nüfuzlu diaspor təşkilatının birləşmək haqda qərar verməsi heç də digər diaspor təşkilatlarımıza qarşı yönəlməyib. Əksinə, diaspor təşkilatlarımızın fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Qeyd edilib ki, Bakıya gəlməzdən əvvəl birlik qərarı barədə Almaniya, Rusiya, Gürcüstan və bir sıra digər ölkələrdəki Azərbaycanın diaspor təşkilatlarının rəhbərliyi ilə müzakirələr aparılıb. İlkin rəylər də bəllidir: 15-dək diaspor təşkilatları bu birlik qərarırnı alqışlayıb və ona dəstək verməyə hazır olduqlarını bəyan ediblər.
Cavad Deraxti qeyd edib ki, hazırda xaricdə fəaliyyət göstərən diaspor təşkilatları iki cəbhəyə bölünüb.Bir qisim diaspor təşkilatları Azərbaycan hakimiyyətinə qarşı qatı müxalif mövqedə dayanıb, digərləri isə hakimiyyətyönlü fəaliyyəti ilə fərqlənir. “Bizim məqsədimi isə odur ki, siyasi əqidəsindən asılı olmayaraq hər bir diaspor təşkilatını və fəalını Azərbaycan naminə bir araya gətirmək, Vətənimizin haqlı mövqeyini beynəlxalq arenada müdafiə etmək, onun haqq səsini dünyaya eşitdirmək və çatdırmaq, erməni lobbiçiliyinə qarşı qətiyyətli mübarizə aparmaq, eləcə də Azərbaycanın bütövlüyü uğrunda mücadilə etməkdir”,-deyə diaspor rəhbəri vurğulayıb.
Cavad Deraxti çıxışında bildirib ki, diaspor təşkilatlarının gələcəkdə birləşmədən sonar necə adladırılmasını hələlik qərarlaşdırmayıblar. “Hələlik müxtəlif adlar və birləşmə formaları haqda təkliflər daxil olmaqdadır. Bütün bu məsələlərə bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan Birlik qurultayında qərar veriləcək”,-deyən natiq qurultayın dəqiq keçirilmə vaxtı və yeri haqda mətbuatda əlavə məlumatların veriləcəyini vurğulayıb.
Mərkəzi Almaniyanın Köln şəhərində yerləşən Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev çıxışında son illərdə diaspor fəaliyyəti, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması , erməni diasporunun yalanlarının ifşa edilməsi , erməni əsirliyində olan soydaşlarımızın əsirlikdən azad edilməsi istiqamətində beynəlxalq təşkilatlarla gördükləri işlər barədə qısa məlumat verib. Qeyd edib ki, Azərbaycanın diaspor təşkilatlarının bəziləri öz fəaliyyətlərini yalnız Azərbaycan hakimiyyətini tənqid etmək üzərində qurub ki, bud a düzgün fəaliyyət hesab edilə bilməz.” Ola bilsin ki, konkret məsələyə müxtəlif diaspor təşkilatının, yaxud diaspor fəalının yanaşması müxtəlifdir. Lakin bu,bizim birləşməməyimizə heç də əsas vermir. Biz demirik ki Azərbaycanda dövlət məmurlarını, yaxıd hakimiyyətin fəaliyyətini tənqid etmək olmaz. Bunlar da lazımdır. Müxalifət olmayan yerdə inkişaf da mümkün deyil.Kimsə tənqid etməlidir ki, hakimiyyət də həmin tənqidə baxıb, nəticə çıxarmalı, öz fəaliyyətini korrektə etməlidir. Amma, bunların da bir üsulu, bir yolu vardır. Hər bir məsələyə yanaşmada konstruktivlik olmalıdır. Bizim bir məqsədimiz. bir yolumuz vardır.O da Azərbaycan dövlətçiliyi yoludur və biz bu yoldan heç bir zaman dönməyəcəyik. Azərbaycan dövlətçiliyinə qarşı yönəldilən təhdidlərə qarşı əzmlə mübarizə aparacağıq”,-deyə Rəşad Quliyev vurğulayıb.
Sonra diaspor rəhbərləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Xatırladaq ki, diaspor təşkilatlarının rəhbərləri iki gün əvvəl Bakıya gəliblər. Səfər çərçivəsində zərbaycan rəsmiləri və ictimai təşkilatların rəhbərləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırıblar.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb