17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi qapılarını ziyarətçilərin üzünə açıb
Bu gün Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisinin rəsmi açılış mərasimi olub.
YeniAvropa xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group plc” şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. “AITF” Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası tərəfindən dəstəklənir. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.
Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF” sərgisinin 17 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri görülür. Son illər Azərbaycana gələn turistlərin sayında artımın müşahidə olunduğunu qeyd edən nazir söyləyib ki, turizm sənayesinin inkişafı hər il yüksələn xətlə inkişaf edir. 2017-ci ildə ölkəmizin turizm potensialında 20 faiz artım müşahidə edilib. Ötən ilin üç ayı ilə müqayisədə ölkəmizə gələn turistlərin sayında bu il 12,5 faiz artım müşahidə olunub. Bir sıra ölkələrin vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu gün ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün müvafiq işlər görülür. Eyni zamanda, Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
Əbülfəs Qarayev qeyd edib ki, dövlət başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür. “AITF 2018” barədə fikirlərinə davam edən Əbülfəs Qarayev bildirib ki, sərgi ötən illərdə regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif guşələrinin koloritini təqdim edən beynəlxalq sərgi statusunu daha da möhkəmləndirib. Əlbəttə ki, 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi də bu ənənələrin nümayişi üçün böyük imkanlar açır.
Tədbirdə Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki, ötən il Azərbaycanda turizm sektorunun inkişafı üçün uğurlu olub: “Keçənilki artıma görə, Azərbaycan hökumətini təbrik edirəm. Mən görürəm ki, bu sərgidə iştirak edən ölkələrin sayının artması ölkəyə olan marağı bir daha təsdiqləyir. Düşünürəm ki, bu sektorun inkişafı üçün qadınlara və gənclərə imkan yaradılması vacib məsələlərdən biridir. Yeni texnologiyaların tətbiqi bu sahəni daha da irəli aparacaq. Bu dünyəvi tədbirlər Azərbaycana daha çox turist cəlb edəcək və turistlər Bakının necə gözəl şəhər olduğunu əyani görəcəklər”.
Bolqarıstanın turizm nazirinin müavini İrena Georqiyeva çıxış edərək ölkəsinin Qafqazın ən böyük sərgisi sayılan “AITF”in tərəfdaşı olmağından məmnunluğunu ifadə edib: “Sərgi çərçivəsində reallaşacaq görüşlər iştirakçı dövlətlər arasında turizm sahəsində əlaqələrə təsir göstərəcək. Əməkdaşlığımızın nəticəsi olaraq bu ilin yanvarında Bakı-Sofiya aviaxətti açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınına müsbət təsirini göstərməkdədir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3300, ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı isə 2100 nəfər olub. Ölkələrimizin daha böyük turizm potensialı var və biz bu potensialdan daha səmərəli istifadə edərək qarşıdakı illərdə turist səfərlərini artıra bilərik".
“ITE Group” şirkətinin regional direktoru Edvard Stroon çıxış edərək tədbirə qatılmasından məmnunluğunu ifadə edib, “AITF 2018” sərgisi haqqında ətraflı məlumat verib. Bildirib ki, “Bütün dünya – bir sərgi” şüarı altında keçirilən “AITF 2018” sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. Eyni zamanda, ziyarətçilər 90-dan çox xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il, həmçinin Şərqi Yava (İndoneziya) sərgidə debüt edir.
Sərgidə “Tibbi və sağlamlıq turizmi” sektoru geniş təqdim olunur. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksəkixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. Bu il tibb turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir.
Edvard Stroon vurğulayıb ki, sərgi stendlərində tibbi turizm və Bakıda keçiriləcək “Shopping Festival”ı barədə də ətraflı məlumat veriləcək.
Sərgi çərçivəsində 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2018” sərgisi də start götürüb. “Horex Caucasus 2018” regionda otel və restoran sektorunun yeganə ixtisaslaşdırılmış sərgisidir.
Qeyd edək ki, sərgi aprelin 7-dək davam edəcək.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb