“AITF 2018" sərgisində 20 ölkədən 277 şirkət iştirak edəcək
Aprelin 5-də Bakı Ekspo Mərkəzində start götürəcək Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisində 20 ölkəsindən 277 şirkət iştirak edəcək. YeniAvropa xəbər verior ki, bu haqda sərgi təştilatçıları bu gün keçirdikləri mətbuat konfransında məlumat veriblər. Qeyd edilib ki, sayca 17-ci dəfə keçirilən builki sərgiyə ənənəvi olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi dəstək verir.
Bildirilib ki, bu il də sərgi iştirakçılarının sırasına həm yerli, həm də xarici iştirakçılar qatılıblar. Ümumilikdə, “AITF” sərgisində debütantlar iştirakçıların 31%-ni təşkil edirlər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi qismində hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstan ölkəsidir. Sərgidə 90-dan çox turizm istiqamətini, eləcə də digər turizm xidmətlərini təqdim edən şirkətlər iştirak edir ki, bu da hətta ən tələbkar müştərilərə belə qeyri-standart istirahət proqramı seçmək üçün imkan yaradır. Ölkələrin fəal iştirakı artıq “AITF” sərgisinin vizit kartına çevrilib. Bu il sərgidə Azərbaycan, Gürcüstan, Dominikan Respublikası, İtaliya, Mərakeş, Tailand, Türkiyə, Çexiya, Dağıstan (Rusiya), Roqaşki Slatina (Sloveniya) və Stavropol Diyarından (Rusiya) ümumilikdə 13 milli və regional ekspozisiya iştirak edir. Həmçinin bu il Şərqi Yava (İndoneziya) sərgidə debüt edir. Milli və regional stendlərdə kurort və sanatoriyaların, eləcə də turizm şirkətləri və otel şəbəkələrinin nümayəndələri fəaliyyət göstərəcəklər.
Sərgi çərçivəsində həmçinin 12-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Super-marketlər üçün Avadanlıq və Ləvazimatlar “HOREX Caucasus 2018” sərgisi də təşkil olunub.
Qeyd edək ki, “AITF” və “HOREX Caucasus” sərgiləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Həmçinin “AITF” sərgisində daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası “AZTA” sərgiyə dəstək göstərir. Ümumdünya Turizm Təşkilatı “UNWTO” və Asiya-Sakit Okean Turizm Assosiasiyası “PATA” “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. AITF sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüb. 2018-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır. 5-7 aprel tarixində “AITF” və “HOREX Caucasus” sərgilərinə giriş sənaye mütəxəssisləri və əlaqədar sahələrdə çalışan şəxslər üçün açıq olacaq. Tələbələr və yaşı 16-dan aşağı olan uşaqlar (valideynlərin müşayiəti ilə) sərgini yalnız 7 aprel tarixində ziyarət edə bilərlər. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb