Mərkəzi İsveçin Malmö şəhərində yerləşən Dünya Azərbaycanlıları Milli Birliyinin (WANU) sədri Cavad Deraxti və Almaniyanın Köln şəhərində yerləşən Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev Bakıda səfərdədir.
YeniAvropa xəbər verir ki, bir qədər əvəl hər iki təşkilatın rəhbərləri vahid bir təşkilatda birləşmə haqda qərar qəbul ediblər. Bakıya səfərin də əsas məqsədi bu ilin sentyabrına təyin edilmiş birləşmə qurultayı ilə bağlı Azrbaycan rəsmiləri və ictimaiyyət nümayəndələri ilə müzakirələr aparmaqdır.
Səfər çərçivəsində diaspor təşkilatları sədrlərinin Azərbaycan rəsmiləri ilə görüşü də planlaşdırılıb. Bundan əlavə,aprelin 5-də Beynəlxalq Mətbuat Mərkəzində KİV nümayəndələri ilə görüş keçiriləcək, qurultaya hazırlıq barədə ictimaiyyəti məlumatlandıracaqlar. Görüş saat 12-00-a planlaşdırılıb.
Görüşdə həmçinin Cavad dirəxtinin oğlu, diaspor fəalımız Siyavuş Dirəxti də iştirak edəcək.
Xatırladaq ki, Siyavoş Deraxti dünyada fəal gənclərimizdəndir və onun adı məşhur "Forbes" dərgisində ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşmüş azərbaycanlı hüquq müdafiəçisi kimi keçir.